Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz”, – o bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …