Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Boyukmillet.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bizim yaxşı layihələrimiz var; “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq”, – o deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. “Yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, – o vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …