Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb

Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək.

Boyukmillet.com Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.

“Biz İrandakı səfirliyi bağlamırıq, təhlükə sovuşana qədər onu Bakıya köçürürük”, – Baş nazir deyib.

Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Yaxın Şərqdə gərginliyin artması fonunda Macarıstanın İrandakı səfirliyini müvəqqəti olaraq Azərbaycana köçürmək qərarına gəlib.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …