Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir.

“Report”un Cənub bürosunun məlumatına görə, gün ərzində kiçik qruplar şəklində xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.

Bir qədər əvvəl də 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait yaradılıb: “Azərbaycan dövlətinə təxliyə üçün öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …