Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb

Ukraynanın paytaxtı Kiyevə Rusiyanın gecə saatlarında hücumu nəticəsində azı 19 nəfər xəsarət alıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə mer Vitali Kliçko öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, xəsarət alan beş nəfər ambulator yardım alır.

“Düşmənin Kiyevə gecə saatlarında hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib”, – V.Kliçko yazıb.

Bildirilib ki, hücum nəticəsində dəmir yolu infrastrukturu zədələnib, bəzi rayonlarda düşən raket qalıqları yanğınlara səbəb olub.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …