Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

İsrail Yəməndəki limanları və husilərin ələ keçirdiyi gəmini bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana zərbələr endirib və 2023-cü ildə “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən ələ keçirilmiş “Galaxy Leader” yük gəmisinə hücum edib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Müdafiə naziri İsrael Katz öz X sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, yeni əməliyyat “Qara bayraq” adlandırılıb.

Nazir qeyd edib ki, husilərin nəzarətində olan Ras-İsa, Hodeida və Es-Salif limanları, həmçinin Ras-Kanatibdəki elektrik stansiyası zərbələrə məruz qalıb.

Check Also

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. Boyukmillet.com xəbər …