Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Gürcüstan MSK: ATƏT-in qətnaməsindən seçki prosesini gözdən salmaq üçün istifadə olunur

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi maraqlı tərəflər ATƏT-in qətnaməsindən seçki administrasiyasını gözdən salmaq və ümumilikdə seçki prosesinin legitimliyinə xələl gətirmək məqsədilə istifadə edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, MSK-nın yaydığı açıqlamaya görə, nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatında, nə də ATƏT-in qətnaməsində seçki saxtakarlığından söhbət getmir.

Buna baxmayaraq, bəzi şəxslər media vasitəsilə manipulyasiya xarakterli açıqlamalarla guya seçkilərin saxtalaşdırıldığını və bunu ATƏT-in sənədlərinin də təsdiqlədiyini iddia edirlər.

“ATƏT-in sənədlərində yalnız müəyyən prosedur pozuntuları qeyd olunub, lakin bu hallar seçkilərin nəticələrinə təsir göstərməyib. Gürcüstanda seçicilərin iradəsi tam şəkildə seçki nəticələrində əksini tapıb və bu, ATƏT-in baş katibi tərəfindən də açıq şəkildə təsdiqlənib”, – deyə MSK-dan bildirilib.

Komissiyadan qeyd edilib ki, ATƏT/DTİHB-nin yekun hesabatında da seçki məntəqələrinin 90 faizindən çoxunda seçki prosesinin müsbət qiymətləndirildiyi, elektron və səslərin əl ilə sayılması nəticələrinin bir-birini təsdiqlədiyi, seçici siyahılarının dəqiq və əhatəli olduğu və müşahidəçilərin əksəriyyətinin prosesi ədalətli hesab etdiyi vurğulanır:

“MSK bütün qərəzsiz və obyektiv təşkilatlarla əməkdaşlığa hazırdır. Lakin seçkilərin legitimliyini şübhə altına almağa yönəlmiş hər cür cəhdləri qətiyyətlə pisləyir və ictimaiyyətə heç bir əsassız məlumat təqdim etməyəcək”.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …