Bazar , 15 Noyabr 2026
Drone Cameras

Tramp: ABŞ Ukraynaya silah verəcək

ABŞ Ukraynaya silah tədarük etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Pprezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz daha bir neçə silah göndərəcəyik. Onlar özlərini müdafiə edə bilməlidirlər”, – Tramp Amerika administrasiyasının Kiyevə silah tədarükü planlarının olub-olmaması sualına cavabında deyib.

O, həmçinin qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəsə can atır və Qəzza zolağında baş verən yeni insident buna maneə deyil.

“Mən belə düşünmürəm. Görüşmək istədilər və atəşkəs istəyirlər, buna görə də belə zənn etmirəm”, – Tramp İsrailin azı bir hərbi qulluqçusunun yaralandığı və ya öldürüldüyü hadisənin atəşkəs danışıqlarına mane olub-olmadığı soruşulduqda deyib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …