Bazar , 11 Yanvar 2026
Drone Cameras

Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib

İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana ölkəsinin hakimiyyətini Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumatlandırması tapşırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Moskva bu addımın Rusiya dövlət telekanallarının Ermənistanda bloklanacağı təqdirdə atılacağı ilə hədələyib.

Qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Arsenyanla söhbəti heç də xoş məcrada keçməyib.

“Səfirə birbaşa deyilib ki, Ermənistan hakimiyyətinin nə planlaşdırdığını bilirlər”, – diplomatik mənbələr bildirib.

Daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının zəruriliyini bəyan edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …