Bazar , 29 Mart 2026
Drone Cameras

Laçında insan skeletinin qalıqları tapılıb

Laçında insan skeletinin qalıqları tapılıb.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.

Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.

Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …