Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Tramp Rusiyanı sərt tariflərlə hədələyib

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb.

Boyukmillet.com BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp vurğulayıb ki, söhbət 100 % həcmində ikinci dərəcəli tariflərdən gedir.

Ağ Evin rəhbəri, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna ilə münaqişədə atdığı addımlardan çox narazıdır və Prezident Vladimir Putin onu məyus edib.

O əlavə edib ki, Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …