Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir

Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokioda ciddi narahatlıq doğurur.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik “Ağ kitab” adlı hesabatında deyilir.

“Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir”, – sənəddə qeyd olunur.

Oxşar ifadələr son bir neçə il ərzində Yaponiya müdafiə qurumunun bütün illik hesabatlarında yer alıb. Yaponiya Müdafiə Nazirliyi həmçinin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü adi qaydada tənqid edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …