Bazar , 7 Dekabr 2025
Drone Cameras

Tural Zeynalov seçicilərini dinləyib

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Tural Zeynalov dünən də seçiciləri ilə görüşlərini  davam etdirib.

Boyukmillet.com xəbər verir ki, deputatlığa namizəd bu dəfə Şəmkirin Sarıtəpə kəndində seçiciləri ilə bir araya gəlib.

Görüş zamanı seçiciləri ilə türk şirkəti olan TİKA-nın  5il bundan öncə inşa etdirdikləri 2 artezian quyusuna baxıblar. Məlum olub ki, İcra hakimiyyəti bu quyuları qeydiyyata almır. Quyuların qeydiyyata alınması üçün pul tələb olunur. İnsanlar isə susuzluqdan əziyyət çəkir. Seçicilər bu məsələlərin aidiyyatı qurumlar qarşısında qaldırılmasını deputatlığa namizəddən xahiş ediblər.

Deputatlığa namizəd Tural Zeynalov deputat seçiləcəyi təqdirdə bu məsələlərin həll olunmasına yardımçı olacağını söyləyib.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …