Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat – axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Boyukmillet.com xəbər verir ki , bu barədə  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

“Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …