Cümə , 5 Dekabr 2025
Drone Cameras

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb.

Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …