Bazar , 15 Noyabr 2026
Drone Cameras

İranlı nazir: Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik

İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İrəvanda “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər. Bu addımlar yük daşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək.

Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …