Bazar , 11 Yanvar 2026
Drone Cameras

Şanxayda həkimlər başı bədənindən demək olar ki, qopmuş xəstənin həyatını xilas ediblər

Şanxayda həkimlər istehsalat zədəsi səbəbindən başı bədənindən demək olar ki, qopmuş adamın həyatını xilas ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Qeyd olunub ki, şəhər sakini robot qolu ilə boyun nahiyəsindən aldığı zərbə nəticəsində xəsarət alıb.

Həkimlər ona boyun fəqərələrinin “baş və bədənin ayrılmasına” bənzər ciddi yerdəyişməsi, sinir və qan strukturlarının qopması, həmçinin onurğa beyninin əzilməsi diaqnozu qoyublar.

Kişi iflic keçirib və ürəyi dayanıb, lakin sonradan ürəyin fəaliyyəti bərpa edilib. Əməliyyat üç saat davam edib. Bu müddət ərzində həkimlər nəhəng hematomu çıxarıblar, kəsilmiş boyun fəqərələrini bərpa ediblər və xüsusi polad tutucu bağlayıblar.

Xəstə artıq özünə gəlib və xəstəxanadan evə buraxılıb. Artıq kişi müstəqil olaraq çiyinlərini və biləklərini hərəkət etdirə bilir.

Check Also

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək

Naftalan neftinin keyfiyyətli və təhlükəsiz olması barədə təsdiqedici sənədlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər …