Cümə , 5 Dekabr 2025
Drone Cameras

Tramp Merilend ştatına qoşun göndərməyi təklif edib

ABŞ prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətlə mübarizə üçün ştata ordu göndərməyi təklif edib.

Boyukmillet.com xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb.

“Əgər Ues Murun Kaliforniya qubernatoru Gevin Nyusomun Los-Ancelesdə etdiyi kimi köməyə ehtiyacı olarsa, o zaman mən qonşu Vaşinqtonda olduğu kimi oraya qoşun göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacam”, – o yazıb.

Tramp qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri qətllərin sayına görə ölkədə dördüncü yerdədir.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …