Cümə , 5 Dekabr 2025
Drone Cameras

Sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının teleqram kanalında bildirilib.

Plazma buludunun atılması Günəşdə M2.76 səviyyəsinin alovlanması nəticəsində baş verib.

“Günəş materiyası çərşənbə axşamı, sentyabrın 2-də Yerin orbitinə çıxaraq G2-G4 səviyyəli (beş indikator miqyasında – red.) maqnit qasırğalarına səbəb olacaq”, – məlumatda deyilir.

Alimlər qeyd edirlər ki, ən böyük təhlükə, çox güman ki, günəş alovu enerjisinin ümumi ehtiyatlarının yüksək qiymətləndirilməsi nəzərə alınmaqla təkrarlanan plazma emissiyalarıdır.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …