Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün fiziki və hüquqi şəxslərə GPS-lə bağlı məktub göndərilib.
Bu barədə Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, BNA bütün daşıyıcılara fevralın 10-na qədər vaxt verib:
“Biz hər zaman məsələləri liberal şəkildə həll etməyə çalışırıq. Yəni, kimlərisə cərimələmək inzibati şəkildə cəzalandırmaq kimi niyyətimiz yoxdur. Ona görə də daşıyıcılara rəsmi xəbərdarlıq məktubu göndərmişik ki, istifadə etdikləri avtobuslar artıq izlənilir. Yəni, qeyd etdiyimiz vaxtdan sonra GPS-in ötürdüyü məlumatlar əsasında qaydaları pozan və tələblərə əməl etməyən həm sürücülərə, həm də daşıyıcılara qarşı qanuna müvafiq qaydada tədbirlər görüləcək”.