Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluq ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.

Boyukmillet.com TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib.

Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.

Dövlət başçısı, həmçinin Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların da dəyərləndirildiyini qeyd edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …