Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlayır. 

Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, bu məsələ ölkə Prezidentinin 27 noyabr 2024-cü iltarixli fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilə qədər uzadılır. İnvestisiya layihəsinin istiqaməti bağçılıq və heyvandarlıq olmalıdır. Ərizələrin qəbulu oktyabrın 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. 

Check Also

Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıq müəssisəsi və təsərrüfatı Kənd Təsərrüfatı …