Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Antalya Böyükşəhər Bələdiyyəsində “rüşvət” əməliyyatı: 20 nəfər barədə həbs qərarı verilib

Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvət” istintaqı çərçivəsində 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, əməliyyat Antalya Respublika Baş Prokurorluğu tərəfindən aparılır.

Bildirilib ki, həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin “rüşvət” istintaqı çərçivəsində daha 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatlarda bəzi şübhəli şəxslər artıq saxlanılıb.

Əməliyyat çərçivəsində Antalya mərkəzli yayım edən “Kanal V” televiziyasına da qəyyum təyin edilib.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …