Qanunsuz miqrantlar Belarusdan tunel vasitəsilə Polşaya daxil olmağa cəhd ediblər.
Boyukmillet.com-un məlumatına görə, bu barədə “Podlyask” Sərhəd Mühafizəsinə istinadən “Polsat News” telekanalı məlumat yayıb.
Tunelə giriş sərhədçilərin günboyu elektron baryerlə nəzarəti altında olduğu Narevka çayının yaxınlığında yerləşib. Orada 4 əcnəbi saxlanılıb. Sərhəd pozucuları Belarusa qayıdıblar.
Polşa KİV-inin məlumatına görə, Belarus tərəfindəki sərhəd zonası yerli hakimiyyət orqanları tərəfindən nəzarətə götürülsə də, sərhədi keçməyə ümid edən əcnəbilər vaxtaşırı onların razılığı ilə buraxılır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
