Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …