Bazar , 22 Noyabr 2026
Drone Cameras

Binyamin Netanyahunun Sloveniyaya girişinə qadağa qoyulub

Sloveniya İsrailin Baş naziri Binyamin Netanyahunun ölkəyə girişinə qadağa qoyub.

Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin bəyanatında deyilir.

Ölkə İsrail hökumətinin başçısına qarşı belə bir qərar qəbul edən ilk Avropa İttifaqı üzvü olub.

Sloveniya iyul ayında İsrailin iki nazirini – İtamar Ben Qvir və Betsalel Smotriçi də “persona non qrata” elan edib.

Sloveniya keçən il Fələstinin müstəqilliyini tanıyıb, avqustda isə İsrailə silah tədarükünə embarqo qoyub.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …