İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sabah, 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.
Bu haqda Boyukmillet.com Mia.az-a istinadən xəbər verir ki, İSBAM sədrinin müavini Natiq Bədəlov məlumat verib.
O bildirib ki, bir neçə dairədə İSBAM-ın nümayəndələri müşahidə aparacaqlar.
Natiq Bədəlovun sözlərinə görə, Bakı şəhərində xüsusi ilə Xətai 35, 36,Yasamal 12, Binəqədi 8 və daha bir neçə dairədə mərkəzin müşahidəçiləri daha ciddi müşahidələr aparacaqlar.