Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

XİN rəsmisi 4 minə yaxın itkin düşən azərbaycanlının taleyi ilə bağlı BMT-də çağırış edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.

Boyukmillet.com Azərbaycan XİN-in rəsmi “X” hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …