Ukraynanın yalnız dron və raket istehsalında potensialı gələn il artıq 35 milyard dollar olacaq.
Boyukmillet.com “İnterfax-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunun açılışında bildirib.
“Yalnız dron və raket istehsalında potensialımız gələn il artıq 35 milyard dollar olacaq”, – V.Zelenski bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna bir çox parametrlərə görə artıq xarici analoqları qabaqlamağa başlayan milli müdafiə məhsulları yaratmağa davam edir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
