Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 613 vahid artaraq bu il oktyabrın 1-nə 1 milyon 868 min 528-ə çatıb.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsində həmin göstərici 471 286 vahid artaraq 1 milyon 11 min 208 olub.

“Ümumi əmək müqavilələrinin 54 %-dən çoxu qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Bu ilin 9 ayında qeyri-neft-qaz özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft-qaz sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir”, – deyə məlumatda qeyd olunub.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …