Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İsrail və HƏMAS hələ sülh sazişini imzalamayıb – Reuters

İsrail ilə HƏMAS arasında sülh planının birinci mərhələsinə dair saziş hələ imzalanmayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında sənədin imzalanması 9 oktyabr saat 12:00-da gözlənilir.

Məlumata əsasən, saziş imzalandıqdan 24 saat sonra İsrail ordusunun Qəzza zolağından mərhələli şəkildə çıxarılması prosesi başlayacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planı Qəzza bölgəsində atəşkəsin təmin olunması və HƏMAS-ın tədricən silahsızlaşdırılmasını nəzərdə tutur.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …