Cümə , 5 Dekabr 2025
Drone Cameras

Paşinyandan “Zəngəzur dəhlizi” ilə bağlı açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Zəngəzur dəhlizi” məsələsi artıq onun üçün aktual sayılmır.

Boyukmillet.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşün nəticəsində yayımlanan rəsmi açıqlamada Ermənistan ərazisində kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin (Zəngəzur dəhlizi) müzakirəsi qeyd olunub.

“Bu sənədlə təsdiqləndi ki, Ermənistan ərazisində TRIPP layihəsi həyata keçirilir. Deməli, bu, sualın cavabıdır və Ermənistanın mövqeyini bir daha təsdiqləyir – ölkəmizdə ‘Sülh kəsişməsi’ və TRIPP layihəsindən başqa heç bir layihə yoxdur və ola da bilməz,” – deyə Paşinyan vurğulayıb.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …