Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gürcüstan ATƏT-ə etiraz notası GÖNDƏRDİ

Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərinə görə təşkilata etiraz edib.

Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, buna səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstana səfəri zamanı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə etirazına qoşulması olub.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Valtoneni 14 oktyabr tarixində etiraz aksiyası zamanı yolu qanunsuz bağladığına görə 5 min lari (1,8 min dollardan çox) cərimələyib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …