Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Yekaterinburq məhkəməsi Səfərov qardaşları ilə bağlı QƏRAR VERDİ

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə adam öldürməyə cəhd və adam öldürmə ittihamı ilə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə URA.RU-ya Sverdlovsk vilayəti Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 29-dək uzadılıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda bir qrup Azərbaycan vətəndaşının kütləvi həbsi həyata keçirilib.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …