Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Pskov–Sankt-Peterburq” dəmir yolu partladıldı

Rusiyada “Pskov–Sankt-Peterburq” dəmir yolunda partlayış baş verib.

Boyukmillet.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindəki mənbələr “Militarnyi” nəşrinə hadisənin 21 oktyabr gecəsi baş verdiyini bildiriblər.

Məlumata görə, partlayış nəticəsində relslər zədələnib, yük qatarının bir hissəsi isə yanmağa başlayıb.

“Partlayışdan sonra hadisə yerinə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub, ərazidə mobil internet bağlantısı kəsilib,” – deyə məlumatda qeyd olunur.

Hadisə nəticəsində bu istiqamətdə logistika pozulub, bəzi sərnişin qatarlarının hərəkəti dəyişdirilib və ya gecikmələrlə həyata keçirilib. 

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …