Bazar , 11 Yanvar 2026
Drone Cameras

Tramp Ədliyyə Nazirliyindən təzminat tələb edir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ədliyyə Nazirliyi ona dəymiş ziyana görə təzminat ödəməlidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Trampın vəkilləri prezidentin ikinci dəfə seçilməsindən əvvəl onun barəsində aparılan federal istintaqlara görə təxminən 230 milyon dollar məbləğində təzminat tələb etmişdilər.

“Bu qərar mənim masamda qəbul edilməli idi. Bu, çox qəribədir – mənim özümün ödədiyim bir qərarı qəbul etmək. Amma mənə çox ciddi zərər dəyib”, – deyə Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Donald Tramp əlavə edib:

“Onlar yəqin ki, mənə çox borcludurlar. Əgər bu pulu ölkəmdən alsam, onu xeyirxahlıqla xərcləyəcəyəm – məsələn, xeyriyyəyə verərəm və ya Ağ Evə bağışlayaram”.

Tramp daha əvvəl də KİV-lər və müxtəlif təşkilatlar əleyhinə bir sıra məhkəmə iddiaları qaldırmışdı və bəzi hallarda böyük məbləğdə təzminat qazanmışdı.

Donald Trampın hüquq şirkətinin mətbuat katibinin sözlərinə görə, bu iddialar onun 2016-cı il seçki kampaniyası ilə Rusiya arasında guya “sui-qəsd” barədə istintaqı da əhatə edir. 

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …