Cümə , 30 Yanvar 2026
Drone Cameras

Gümrü merinin qohumu və Karapetyanın hərəkat üzvü həbs ediliblər

Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın “Öz yolumuzla” hərəkatının üzvü, vəkil Ruben Mxitaryan “Gümrü iğtişaşları” işi üzrə iki aylıq müddətə həbs edilib.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Vəkil oktyabrın 20-də Gümrüdə saxlanılıb. O, aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Vəkillər Palatası artıq onun saxlanılmasını pisləyib və bunu qanunsuz hesab edib.

Məhkəmə həmçinin Gümrü Ağsaqqallar Şurasının üzvü Gevork Qukasyanı da iki ay müddətinə həbs edib. O, həbs edilmiş mer Vardan Qukasyanın qohumudur.

Check Also

Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. Boyukmillet.com …