Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Mərakeş və Pakistan vətəndaşları Azərbaycan sərhədini pozmağa cəhd göstərib

Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Mərakeşin iki vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib.

Bundan başqa, Pakistanın üç vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq istəyinin qarşısı alınıb.

Onlar sərhədçilərin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.

Faktlarla bağlı əliyyаt-istintaq tədbirləri aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …