Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur. Bununla əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir.

Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …