Cümə , 5 Dekabr 2025
Drone Cameras

Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş – FOTO

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində plandankənar yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldatılması anlamına gəlir.

Yoxlama zamanı həmçinin soyuq qəlyanaltıların hazırlanma sahəsində işçi masaların səthində zədələnmələr, mətbəx rəflərində isə korroziya aşkarlanıb. Digər sanitar-texniki və gigiyenik tələblərin pozulması da diqqət çəkib.

Faktla əlaqədar olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib, həmçinin şadlıq evində hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya göndərilib.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …