Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyənin 9 vilayətində genişmiqyaslı ƏMƏLİYYAT: FETÖ-nün “gizli şəbəkəsi” İFŞA OLUNDU

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.

Boyukmillet.com xəbər verir ki, onların arasında 8 nəfər fəaliyyətini davam etdirən hərbçi, 10 nəfər isə işdən çıxarılmış və ya istefaya göndərilmiş şəxslərdir.

Daha 3 nəfərin dövlət qurumlarında çalışdığı bildirilir.

Prokurorluğun məlumatına görə, şübhəlilər FETÖ-nün “gizli xidmət” adlanan strukturu ilə əlaqəli olub. Araşdırmalar onların Ankara şəhərinin müxtəlif yerlərində yerləşən stasionar telefonlardan istifadə edərək kuratorlarla əlaqə saxladığını göstərib.

Hazırda Türkiyənin 9 vilayətində şübhəlilərin saxlanılması üzrə genişmiqyaslı əməliyyatlar aparılır.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …