Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında mühüm açıqlamalar verib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Baxçalı İmralıya gedilməsi müzakirələrinə də nöqtə qoyub. O, çıxışında deyib:
“Hər kəs üç meymunu oynamağa davam edərsə, yanımda üç yoldaşımı götürüb İmralıya getməkdən çəkinmərəm”.
Dövlət Baxçalı çıxışında bunları qeyd edib:
“20 qəhrəman şəhidimizin hər birinə Uca Allahdan rəhmət diləyirəm. Dəyərli ailələrinə və Türk millətinə başsağlığı verirəm.
Hərbi yük təyyarəmizin qəzaya uğramasından dərhal sonra məqsədli şərhlərin yaxşı niyyətdən çox uzaq olduğu açıq şəkildə görünürdü. Dezinformasiyanın hansı nöqtələrə qədər uzandığı da ortadadır.
Çətin günləri dövlət və millət əleyhinə dedi-qodu siyasətinə çevirənlərin maskası düşəcək. Qara qutunun açılması ilə paralel hazırlanan hesabatı səbir və təmkinlə gözləməliyik.
Terrorsuz Türkiyə prosesi son yüz ildə əldə etmədiyimiz ən mühüm fürsətdir. Türk milləti davamlı bir bahar havasına qovuşacaq. Terroru siyasi qazanc kimi istifadə edən nifaq yuvaları çöküb yox olacaq. Suyu bulandırmağa çalışanların davranışları xalqımızın nəzərində artıq etibarsızdır.
Hər şey Türkiyə üçündür. “Öncə ölkəm və millətim, sonra özüm və partiyam” düşüncəsi bizim siyasətimizin xülasəsidir. Bu gün 17-ci toplantısını keçirəcək olan komissiya artıq son mərhələyə qədəm qoyub. Bundan sonra İmralıya gedəcək heyətin müəyyən edilməsi ehtimal olunur. İmralıya gedilsinmi, gedilməsinmi müzakirəsinə artıq son qoyulmalıdır.
İmralıya getməyə tərəddüd etməyin mənası yoxdur. Lazım olarsa üç yoldaşımı götürüb İmralıya getməkdən çəkinmərəm. Cəsarətlə, özünəinamla, qarşımdakı şəxsin gözünün içinə baxaraq fikirlərimi deyərəm”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
