Bazar , 7 Dekabr 2025
Drone Cameras

Xarkova DƏHŞƏTLİ HÜCUM: Yaralıların sayı artır – VİDEO

Rusiya ordusu Xarkov şəhərinə 18 “Şahed” tipli kamikadze dronu ilə zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Yerli hakimiyyətin məlumatına görə, dronlardan biri çoxmərtəbəli yaşayış binasına, digəri isə “Silpo” supermarketinə düşüb.

Xarkov meri İqor Terexov açıqlamasında bildirib ki, yaralılar arasında 13 yaşlı uşaq da var.

Onun sözlərinə görə, şəhərdəki tibb müəssisələrindən birinin yaxınlığına da zərbə endirilib, nəticədə bir həkim yaralanıb.

Son məlumata əsasən, Xarkovda Rusiya “Şahed”lərinin zərbələri nəticəsində yaralıların sayı 32-yə çatıb.

Ukraynanın Fövqəladə Hallar Xidməti xəbər verir ki, yaralılar arasında 9 və 13 yaşlı iki uşaq, həmçinin 18 yaşlı bir qız da var.

Hadisə nəticəsində şəhərdə bir neçə yanğın baş verib, dağıntılar var.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …