Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna hücumdan sonra alternativ ixrac marşrutlarını aktivləşdirib

Qazaxıstan Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumunun obyektlərinə hücumla əlaqədar ixrac həcmlərinin alternativ marşrutlara yönləndirilməsi planını təcili olaraq aktivləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

“Noyabrın 29-da Astana vaxtı ilə saat 06:06-da Novorossiysk limanı ərazisində Xəzər Boru Kəməri Konsorsiumunun dəniz infrastrukturu obyektləri pilotsuz üzən vasitələrin hücumuna məruz qalıb. Hücum nəticəsində yanalma qurğusu ciddi zədələnib”, – məlumatda qeyd olunur.

Energetika Nazirliyindən vurğulanıb ki, mənfi nəticələri minimuma endirmək və böyük yataqlarda hasilat templərini qoruyub saxlamaq məqsədilə neftin ixrac həcmlərinin alternativ marşrutlara yönləndirilməsi planı təcili qaydada aktivləşdirilib.

“Vəziyyət Qazaxıstan Respublikası hökumətinin xüsusi nəzarəti altındadır”, – nazirlikdən bildirilib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …