Cümə , 30 Yanvar 2026
Drone Cameras

Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

Boyukmillet.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.

Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb.

Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.

Check Also

Nazirlər Kabineti ciddi hesabat blankları ilə bağlı qərar verib

Nazirlər Kabineti 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə …