Cümə , 30 Yanvar 2026
Drone Cameras

Türkiyə sahillərində Rusiya tankerinə HÜCUM

Rusiyanın “Midvolqa 2” gəmisinə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən TASS-a bildirilib.

“Dekabrın 2-də səhər saat 8:00-da Qara dənizdə Rusiyanın “Midvolqa 2″ gəmisinə pilotsuz təyyarənin hücumu barədə məlumat daxil olub. Gəminin üst konstruksiyasına cüzi ziyan dəyib, lakin su sızması olmayıb”, – agentlik qeyd edib.

“Rosmorreçflot” itkilərin olmadığını və gəminin Türkiyənin Sinop şəhərinə doğru hərəkət etdiyini təsdiqləyir.

“Hürriyet” Türkiyənin Dənizçilik Baş İdarəsinə istinadən xəbər verir ki, “Midvolga 2” tankeri Qara dənizdə Türkiyə sahillərindən təxminən 80 mil aralıda hücuma məruz qalıb.

Günəbaxan yağı daşıyan tankerin Rusiyadan Gürcüstana üzdüyü və Türkiyə sahillərindən hücumla üzləşdiyi bildirilib.

Gəmidə 13 ekipaj üzvü olub, lakin onlar kömək istəməyiblər.

Check Also

Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. Boyukmillet.com …