Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub.

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.//Report

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …