Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını tələb edən qətnamə qəbul edib.
“Ukraynalı uşaqların qaytarılması” adlı qətnamə Ukrayna və Kanada da daxil olmaqla bir sıra ölkələr tərəfindən irəli sürülüb.
Qətnaməni 160 ölkədən Amerika daxil olmaqla 91 ölkə dəstəkləyib. Rusiya və 11 ölkə qətnamənin əleyhinə səs verib, 57 ölkə bitərəf qalıb.
Azərbaycan, Ermənistan və Türkiyə səsvermədə iştirak etməyib.
Rusiya 2022-ci il fevralın sonundan Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Kiyev Moskvanı on minlərlə ukraynalı uşağı Rusiyaya, yaxud Rusiyanın tutduğu ərazilərə zorla aparmaqda ittiham edir. Moskva isə zəif uşaqları müharibə zonasından çıxardığını, onları qoruduğunu bildirir.
Ukraynanın xarici işlər nazirinin müavini Maryana Betsanın sözlərinə görə, Rusiya ən azı 20 min ukraynalı uşağı deportasiya edib və onlardan bəzilərini geri qaytarmaq mümkün olub.
BMT qətnamələri hüquqi öhdəlik qoymur, amma qlobal mövqeyi əks etdirir.
Qətnamə layihəsini Ukrayna, Kanada və Avropa İttifaqı hazırlayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
