Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Mikayıl Cabbarova yeni müavin təyin edildi – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

Boyukmillet.com  xəbər verir ki, müvafiq sərəncama əsasən, Rövşən Nəcəf İqtisadiyyat nazirinin yeni müavini vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər isə R.Nəcəf Azərbaycan Vergilər Nazirliyi yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, R.Nəcəf Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət şöbəsinin rəhbəri, eləcə də dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru vəzifəsində işləyib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …