Şənbə , 10 Yanvar 2026
Drone Cameras

İranda etiraz dalğası genişlənib, aparıcı xəbər agentliklərinin saytları işləmir

İranda etirazların yeni dalğası başlayıb, bu gün səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə 12 saatdır ki, internet bağlantısı yoxdur.

“Azad İran”ın məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar. Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb.

Qeyd edək ki, dünən etirazçılar və polis arasında toqquşmalar baş verib. Etirazçılara atəş açan İran İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) zabiti döyülüb və nəticədə vəfat edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …